Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.
BAKU.NEWS xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Öncə “Keşlə” “Qəbələ”ni qəbul edib. Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyunu “Səbail”lə “Sumqayıt” arasında baş tutub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə bitib.
Turun digər oyunları sabah keçiriləcək. “Neftçi” “Qarabağ”ı, “Sabah” isə “Zirə”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
9-cu tur
7 noyabr
“Keşlə” – “Qəbələ” 3:1
Qol: S.M.Kolli, 41. A.Məmmədov, 75-öz qapısına. S.Rodriqes, 90 – N.Raysel, 32.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Bakı. “ASK Arena”, 14:00.
“Səbail” – “Sumqayıt” 2:1
Qol: R.Əliyev, 42. A.Nağıyev, 77 – R.Sadıxov, 84-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “ASCO Arena”, 16:00.


