2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 2639, Abşeron rayonu üzrə 73 fakt aşkarlanıb.
Bu barədə BAKU.NEWS-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, aşkarlanmış faktlarla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 822 min kubmetr, Abşeron rayonu üzrə 27 min kubmetr həcmində sərfiyyat bərpa olunub. 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı 50-dən çox fakt araşdırılması üçün hüquq- mühafizə orqanlarına təqdim olunub.
Ülviyyə Abdullayeva


