Mükəmməl və çeşidli avtomobil istehsal edən və nisbətən gənc brend hesab olunan “Jetour Dashing” bir çox sistem və texnologiyaları dəstəkləyir.
“Jetour Dashing”in dizaynı keçmiş “Porsche” dizayneri Hakan Sarakoğluna məxsusdur. Öz yaradıcı düşüncə və fantaziyası ilə avtomobil dizaynı dünyasında adından söz etdirən Hakan Sarakoğlu “Jetour Dashing ” avtomobilini sıfırdan dizayn edib. Sözügedən dizayn ümumilikdə “Jetour” brendinin yeni konseptini təmsil edir.
Modelin dizaynına gəldikdə, burada diqqət çəkəcək bir sıra fərqli məqamlar var: Belə ki, krossoverin görünüşü özündə idman stilini birləşdirir. Həmçinin avtomobil qabaq görünüşünə görə, bir qədər sərt quruluşda – kapot hissəsindəki bükülmələrlə birlikdə – görünür. Bu da onun əsl idman maşını xüsusiyyətini tamamlayır.
Dinamik naxış təsiri bağışlayan çalarlarla bəzədilmiş təkərlər isə özünəməxsus dizaynı ilə fərqlənir. “Jetour Dashing” avtomobili xüsusiyyətləri baxımından 2 fərqli seçimdə təqdim olunur. Avtomobilin 1,5 və 1,6 litrlik turbomühərrikli modeli mövcuddur. Bu modellər müvafiq olaraq, 156 və 197 at gücündədir. Bundan əlavə, modelin gücü 326 at səviyyəsində olan hibrid versiyası da mövcuddur.
Stil, rahatlıq və lüksün unikal kompenentlərini təqdim edən “Jetour Dashing” orta ölçülü idman avtomobilləri üçün həm də yeni standartlar müəyyən edir.






























