“Starex” MMC-yə cərimə protokolu yazılıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsi) maddəsi inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İş hakim Fuad Axundovun icraatına verilib.
Protokol təsdiq olunarsa, “Starex” üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər. (E-huquq.az)


