Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Comstock” şirkəti arasında “Legacy Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 20 %-nin, “Western Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 15 %-nin, eləcə də “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 %-lik iştirak payının 15 %-nin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.
SOCAR-ın “Western Haynesville” layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 % gəlirlilik əldə etdikdən sonra 7,5 %-ə endiriləcək.
Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib.
Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.
TREND
- TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
- Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
- Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
- Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib
- SOCAR ilə “Comstock” şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
- İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
- Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
- Prezidentdən beynəlxalq tədbir iştirakçılarına – Müraciət


