“Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airlines) 2026-cı il iyunun 30-na cəmi öhdəlikləri 2 milyard 197,9 milyon manat təşkil edib.
BAKU.NEWS Redaksiya-ya istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 688,6 milyon manat və ya 45,6% çoxdur.
Hesabat dövründə şirkətin uzunmüddətli öhdəlikləri 38,7% artaraq 1 milyard 228,2 milyon manata, qısamüddətli öhdəlikləri isə 55,5% artaraq 969,6 milyon manata çatıb.
Şirkətin qısamüddətli kreditləri və borcları 93,9% artaraq 539,2 milyon manat, uzunmüddətli kreditləri və borcları isə 21,7% azalaraq 299,1 milyon manat təşkil edib.
Eyni zamanda, şirkətin ümumi icarə öhdəlikləri 65,8% artaraq 844,5 milyon manata yüksəlib.
2026-cı il iyunun 30-na “Silk Way West Airlines”in cəmi aktivləri 28,5% artaraq 4 milyard 361,1 milyon manata, kapitalı isə 14,8% artaraq 2 milyard 163,2 milyon manata çatıb.
Şirkətin nizamnamə kapitalı 182 milyon 697 min 584 manat, bölüşdürülməmiş mənfəəti 1 milyard 717,8 milyon manat, yenidənqiymətləndirmə ehtiyatları isə 262,7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin sonuna şirkətin cəmi kapitalı 2 milyard 30,5 milyon manat olub. Beləliklə, 2026-cı ilin ilk yarısında kapital 132,7 milyon manat və ya 6,5% artıb
Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti” MMC 19 yanvar 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 182,7 milyon manatdır. Şirkətin səhmdarları “Silk Way Aviaşirkəti” MMC (98%) və “Silk Way Development” MMC-dir (2%). (Plat)
TREND
- İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşdi
- Mərkəzi Bank nəzarəti süni intellektə həvalə edir
- Din xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya
- “Parlament danışmaqxana deyil” – Parlamentdə GƏRGİN ANLAR – VİDEO
- “Silk Vey Vest”in borcları kəskin artıb – öhdəlikləri 2,2 milyard manata çatıb
- 2027-ci ildə büdcə kəsiri artacaq – RƏSMİ RƏQƏMLƏR
- Vətəndaşların aqrar sığorta sertifikatları “mygov”da əlçatandır
- Vəkillər ödənişlərini ala bilmirlər – Milli Məclisdə məsələ qardırıldı


