Bu gün, Respublikanln Əməkdar Mədəniyyət işçisi, tanınmış pedaqoq Qəmər xanım Quliyevanın 80 yaşı tamam olur. Ömrünün böyük hissəsini ölkə mədəniyyətinin inkişafına, uşaq və gənclərin musiqi təhsilinə həsr edən Qəmər xanım əmək fəaliyyətinə Səbail rayonundakı Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində başlamış və 36 il ərzində bu məktəbə rəhbərlik etmişdir.
Bu illər ərzində minlərlə uşaq və yeniyetməyə musiqi təhsili vermiş, yüzlərlə tanınmış, xalqımızın sevimli musiqiçisini yetişdirməklə yanaşı ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir.
Bu əlamətdar yubiley münasibəti ilə Qəmər xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, hər zaman olduğu kimi səmimi, gülərüz və şən olmanığınızı arzu edirik.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


