Ombudsman Səbinə Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.
Bu barədə BAKU.NEWS-a Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər Ombudsman Aparatında qəbul olunub. Eyni zamanda Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib.
Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun həbsinə etiraz olaraq aclıq aksiyası etdiyini bildirir.
İddialara görə, B.Hacıyev jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulub.


