Yeni ili ailəsi ilə birlikdə Böyük Britaniyada qeyd edən Ermənistan prezidenti Armen Sarkisyan uzun müddət sonra Yerevana qayıdır.
BAKU.NEWS erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan həftəsonu Ermənistanda olacaq. Qeyd edək ki, Londonda koronavirusun yeni ştammına yoluxan Ermənistan prezidenti müalicəsini Yerevanda davam etdirəcək.
Sarkisyan eyni zamanda orada ayağından əməliyyat olunmuşdu.


