Salyan Rayon İcra Hakimiyyətində 8 noyabr- Zəfər Gününə həsr edilmiş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.
BAKU.NEWS bildirir ki, bu barədə millət vəkili Jalə Əhmədova məlumat verib.
Onun sözlərinə tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Qəhrəman Təbriz Xəlilbəylinin həyat yoldaşı Sevinc Xəlilbəyli, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
“İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etdik, daha sonra Şanlı Qələbəmizə həsr olunan video-çarxı izlədik. Çıxışlarla davam edən tədbirdə Şanlı Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik etdim və bu möhtəşəm Qələbənin sevincini bizlərə bəxş edən Müzəffər Ali Baş Komandanımıza, cənab Prezidentin ən yaxın silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edən Mehriban xanım Əliyevaya, qəhrəmanlıqları ilə tarix yazmış igid şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun hər bir əsgər və zabitinə minnətdarlığımı ifadə etdim. Tarixi ədalətin zəfər çaldığı dövrdə Salyan əhalisini təmsil etməyimdən qürur hissi keçirdiyimi, bu torpağın yetişdirdiyi Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları ilə fəxr etdiyimi vurğuladım. Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq Ümummilli Lider Heydər Əliyevə və qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı dilədim”, deyə millət vəkili vurğulayıb.


