Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) İnsan resursları üzrə direktor və Keyfiyyətin idarə olunması və ESG şöbəsinin rəhbəri vəzifələrinə təyinatlar olub.
Elnur Hüseynov Holdinqin İnsan resursları üzrə direktoru təyin edilib.
AZCON-da Keyfiyyətin idarə olunması və ESG şöbəsininin rəhbəri vəzifəsi isə Mədinə Cəfərliyə həvalə olunub.
Qeyd edək ki, E.Hüseynov bundan öncə Dövlət Neft Şirkətində (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə departamentinin rəhbəri, M. Cəfərli isə Azərbaycan-Fransa Ticarət Palatasında ESG Komitəsinin sədri olub.
Məlumat üçün deyək ki, AZCON 2024-cü ilin noyabr ayında yaradılıb. Holdinqin icraçı direktoru Şahin Babayevdir. (Plat.az)
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


