Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə IX siniflər üzrə 2023 – 2024 – cü tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirilmə keçirilib.
Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib.
Müəllimlərə fənnlər üzrə sualların tərtib olunması, imtahan zamanı köçürülmənin qarşısının alınması və obyektivliyin qorunması tapşırılıb.
İmtahanlar yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.








