Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.
TREND
- Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
- “Məclis.info” işində hökm çıxdı – Elgiz Qəhrəman həbs edildi
- Ən çox şikayət olunan banklar – “Bank Avrasiya” və “Yelo Bank” liderdir
- General qızı həbs edilmədi – QƏRAR VERİLDİ
- “Azərikard” süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
- Təkrar emala yararlı məhsullar – İNFOQRAFİKA
- Milli Məclisdə Bakı Bələdiyyə və Dövlət Yuğ teatrlarının bina problemi qaldırılıb
- “Qızıl Qaya”da zəhərlənmə şübhəsi: ət və kababdan Listeria çıxdı – FOTO


