Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, o, 1961-ci il mayın 31-də Sankt-Peterburq şəhərində anadan olub.
Məlumata görə, 2016-cı il iyulun 28-də Vladimir Putin İ.Vasilyevi vilayətə qubernator səlahiyyətlərinin icraçısı olaraq təyin edib. O, 2017-ci il sentyabrın 19-da isə vəzifəsinin icrasına başlayıb.
***
Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.
Bu barədə region administrasiyasının rəsmi saytında bildirilib.
Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: “Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.
Qeyd edək ki, bu il Sergey Jvaçkinin 65 yaşı tamam olub.


