Rusiyada son sutka ərzində daha 27 787 nəfər koronavirusa yoluxub, 487 pasiyent vəfat edib.
BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 3 078 035 nəfərə çatıb.
Rusiyada bu günə qədər virusa yoluxmuş 55 265 nəfər həyatını itirib. İndiyədək 2 471 309 xəstə sağalıb.


