Rusiya səkkiz ABŞ vətəndaşının ölkəyə girişini yasaqlayıb.
BAKU.NEWS-un xəbərinə görə, Rusiya XİN-in yayımladığı “qara siyahı”da yer alan şəxslər bunlardır:
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas;
Baş prokuror Merrik Qarland, Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbacal;
ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton;
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls;
ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns;
Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey;
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Rays.


