Nüfuzlu “Röyters” agentliyi Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan jurnalistlərdən yazıb.
BAKU.NEWS xəbər verir ki, nəşr Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək, ötən ilin noyabr ayında erməni qüvvələri tərəfindən boşaldılmış ərazidə minanın partlaması nəticəsində iki jurnalistin və bir məmurun həlak olduğunu qeyd edib.
Bildirilib ki, bunlar dövlətə məxsus AzTV-nin operatoru və “Azərtac”ın müxbiriolublar. Bundan başqa, dörd nəfərin də yaralanması xəbərdə əksini tapıb.


