Müasir ədəbiyyatımızın ən çox oxunan imzalarından olan Rövşən Abdullaoğlu “KorAmal” romanın təqdimatı və imza saatı keçirilib.
BAKU.NEWS xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərasimdə Rövşən Abdullaoğlu tədbir iştirakçılarına öz həyatı, yaradıcılığı, ilk qələm təcrübələri haqqında qısa məlumat verib.
O tədbir iştirakçılarının suallarını cavablandırmaqla yanaşı, müəllifi olduğu əsərləri haqqında söhbət açıb, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxunub.
Müəllif ilə görüşdə müasir gəncliyin fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinin müzakirəsinə də yer verilib.
Rövşən Abdullaoğlu müasir gəncliyin mütaliəyə cəlb olunması məsələsinə dair öz şəxsi mülahizələrini dilə gətirdi, mütaliənin ən uğurlu təbliği metodları, həmçinin öz mütaliə üstünlükləri barədə də danışıb.


















