İyunun 13–14-də Bakı Kristal Zalında Gənclər və İdman Nazirliyi və “Azercell”in dəstəyi, həmçinin 4SİM, KOBİA, İnkubasiya və Akselerasiya Mərkəzi (İNNOLAND), İnnovasiyalar Mərkəzi, Azercosmos və STEAM Azərbaycanın tərəfdaşlığı ilə dünyanın aparıcı beynəlxalq texnologiya yarışlarından biri olan “RobotChallenge”in Azərbaycan üzrə yerli mərhələsi – “RobotChallenge Azerbaijan 2026” keçirilib.
Tədbir çərçivəsində 600-dən çox iştirakçı və 200-dən çox komanda müxtəlif kateqoriyalar üzrə öz bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb.
“RobotChallenge Azerbaijan 2026”nın açılış mərasimində Azərbaycan və Çin mədəniyyət elementlərinin sintezi əsasında hazırlanmış proqram texnologiya ilə mədəni irsin harmoniyasını nümayiş etdirib və iştirakçılarla qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edərək gənclərin innovasiya sahəsində potensialını yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında gənclərin texnologiya və innovasiya sahəsində inkişafının vacibliyini qeyd edib, belə platformaların gələcəyin peşəkar kadrlarının formalaşmasında mühüm rol oynadığını bildirib.
Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyənləşdirilib. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12-si I yerə, 12-si II yerə, 12-si isə III yerə layiq görülərək mükafatlandırılıblar.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


