Təlim proqramı çərçivəsində məzmun yaradıcılığı üzrə mütəxəssis Fazil Fərəcov “Qısa video formatları: ideya, ssenari, storytelling və montaj” mövzusunda çıxış edərək qısa videoların hazırlanmasının əsas mərhələləri, auditoriyanın diqqətini cəlb edən kontentin formalaşdırılması, vizual hekayəçilik üsulları və montajın təqdimat keyfiyyətinə təsiri barədə məlumat verib. O, həmçinin hazırlanan materialların daha təsirli və yaddaqalan olması üçün yaradıcı yanaşmanın, düzgün strukturlaşdırmanın və təsvir vasitələrindən məqsədyönlü istifadənin əhəmiyyətini vurğulayıb.
Sİ üzrə mütəxəssis Ərzuman Paşayev isə “İdeyadan məzmuna: sosial media üçün kreativ konsepsiyanın hazırlanması və Sİ ilə vizuallaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı sosial media məzmununun konseptual əsaslarının hazırlanması, yaradıcı ideyaların vizual həllərə çevrilməsi, eləcə də Sİ alətlərinin bu prosesdə tətbiqi imkanları müzakirə olunub.
Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.
TREND
- “AzParking” sürücülərə müraciət etdi
- Antalyada Ərdoğan Paşinyanı qəbul edib
- Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
- “Rəqəmsal Media Ayı” çərçivəsində növbəti təlim proqramına başlanılıb
- Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
- ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib
- İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
- “Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələrin mentorlarla görüşləri keçirilir


