Ramana qəsri Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsidir.
Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyyat siyahısına daxil edilib.
Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür


