Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib.
Redaksiya AMB-yə istinadən xəbər verir ki, bank “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.
Odur ki, “Banklar haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
TREND
- Səbinə Əliyeva Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib
- Payız Azərbaycana bu gecə daxil olacaq
- Neftçalada Neftçilər Günü və Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
- Metroya ödənişsiz giriş bu vaxta qədər olacaq – AÇIQLAMA
- Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
- Carlsberg Azerbaijan “Xəzəri Qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşuldu
- Quliyevlərin bankı pullarını yığa bilmir? – Vaxtı keçmiş kreditləri 52% artdı
- Qiymətləndirici süni intellekt ilə hazırlanmış əmsallara görə qiymətləndirmə apara bilməz


