Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində yanğın başlayıb.
BAKU.NEWS Oxu.Az’a istinadən xəbər verir ki, yaşayış massivində yerləşən 8-ci binanın birinci mərtəbəsindəki mənzillərin birində yanğın başlayıb.
İlkin məlumata görə yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Xəsarət alanların olmadığı bildirilir.


