Azərbaycanda şirkətdə partlayış olub.
BAKU.NEWS Report-a istinadla bildirir ki, hadisə rayonun Süskənd kəndi ərazisində yerləşən “Qax Mineral Suları” MMC-də qeydə alınıb.
Belə ki, şirkətdə partlayış baş verib. Nəticədə MMC-də nəzarətçi işləyən Aydın Şabanov vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


