Gəncədə çay evində dava olub.
BAKU.NEWS-un Unikal.org-a istinadən verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Vaqif Muradov 6 nəfər tərəfindən döyülüb.
Hadisənin “Qarabağlı” çay evində baş verdiyi bildirilir.
Xəstəxanaya yerləşdirilən 62 yaşlı kişinin vəziyyəti orta ağırdır.
Faktla bağlı polis tərəfindən araşdırma başlanılıb.


