Prezident İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülən mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi keçirilib.
BAKU.NEWS xəbər verir ki, tədbir Milli İncəsənət Muzeyində baş tutub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov incəsənət xadimlərinin mədəniyyət sahəsinin inkişafına dəstəyindən danışıb.
Tədbirdə Prezident İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülən mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatlar təqdim edilib.
Təltif edilənlər arasında tanınmış yazıçı-dramaturq Ülviyyə Heydərova var. Belə ki, ölkə başçısının sərəncamı ilə Ülviyyə Heydərova “Tərəqqi” medalı ilə təltif edilib.




