Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup incəsənət nümayəndəsi fəxri ad, orden və medallara layiq görülüb.
Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində dövlət təltiflərinin sahiblərinə təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov tədbirin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində keçirilməsinin ikiqat bayram ovqatı yaratdığını dedi, bu münasibətlə təbriklərini çatdırdı.
Təltif edilənlər arasında Azərbaycanın tanınmış şairəsi, ictimai xadim Nigar Həsənzadə də var. Belə ki, ölkə başçısının sərəncamı ilə Nigar Həsənzadə “Tərəqqi” medalı ilə təltif edilib.



