Xəbər verdiyimiz kimi bu gün Prezident Bahar Muradovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif təltif edib.
BAKU.NEWS bildirir ki, B.Muradova təltiflə bağlı ölkə başçısına təşəkkür edib.
“Əziz dostlar, dəyərli izləyicilər!
İlk növbədə Müzəffər Ali Baş Komandan, Zati -aliləri möhtərəm cənab prezident İlham Əliyevə dövlətimiz və xalqımız naminə həyata keçirdiyi siyasətə Yeni Azərbaycan Partiyasının üzvü və bir vətəndaş olaraq layiqli dəstək vermək sahəsindəki iştirakıma verdiyi böyük dəyərə görə təşəkkür edir, məni növbəti dəfə yüksək dövlət mükafatına layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm.
Əmin etmək istəyirəm ki, bundan sonra da hər zaman Ulu öndərimizin Azərbaycanı inkişaf etdirmək üçün seçdiyi yola sadiq olacaq, dövlətimiz və Prezidentimizin etimadını ləyaqətlə doğrultmağa çalışacağam.
Həmçinin sizin inamınıza layiq olmaq üçün davamlı səy göstərməklə,h amınıza çoxsaylı zənglərinizə,mesaj və şərhlərinizə görə təşəkkür edirəm!
Tanrı Azərbaycanımızı və Prezidentimizi qorusun”!!!


