“Rusiya iqtisadiyyatı son 50 ilin ən böyük böhranı ilə üzləşdi. Dünya Rusiya ilə əlaqələri kəsir. “Çöküş”, “defisit” və “yoxsulluq” sözləri bu dövlət istədiyi müddətcə Rusiya həyatının təsviri olacaq”.
BAKU.NEWS xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
O əlavə edib ki, Rusiya 35 mindən çox əsgər itirib və bu, mühafizəkar hesablamadır: “Bütün bunlar nə üçündür? Dəli təbliğatçıların efirlərində hardasa xarabalıqların üzərində Rusiya və ya sovet bayrağını göstərə bilmələri üçün… Sadəcə olaraq başqa cavab yoxdur” dedi.


