“Polis akademiyası” filminin iki hissəsində leytenant Erni Mauzer rolu ilə tanınan amerikalı aktyor Artur Metrano 84 yaşında dünyasını dəyişib.
Bu barədə BAKU.NEWS “The Hollywood Reporter” jurnalına istinadən xəbər verir.
Məlumata görə, aktyor çərşənbə günü Florida ştatındakı evində vəfat edib.
“Polis akademiyası”nın ulduzu dünyasını dəyişdi
Qeyd edək ki, Metrano 1970-ci illərdə Coni Karsonun “The Tonight Show” tok-şousundakı iştirakı sayəsində məşhurluq qazanıb. Bundan başqa, o, “The Heartbreak Kid” (1972), “History of the World, Part One” (1981), “Breathless” (1983) və digər filmlərdə çəkilib.


