Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirus pandemiyasından sonra normal həyata qayıtma vaxtını açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, Kremlin sözçüsünün sözlərinə görə, əlverişli vəziyyət yay aylarında olacaq.
Mütəxəssislərin hesablamalarına görə normal həyata qayıtmaq üçün dünya sakinlərinin təxminən 60 faizində koronavirus immunitetinin olmasının vacib olduğunu xatırladan Peskov əlavə edib ki, söhbət həm təbii, həm də süni şəkildə əldə edilən immunitetdən gedir. Bir çox ölkənin bu istiqamətdə sürətlənərək müxtəlif istiqamətlərdə çalışdığını vurğulayan mətbuat katibi xüsusilə İsrailin uğurlarını, eləcə də, Rusiya və ABŞ-da peyvənd nisbətinin artdığını qeyd edib.


