Pentaqon Alyaska səmasında vurulan üç uçan naməlum obyektin (UNO) videosunu yaymaqdan imtina edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bir mənbə bildirilib.
Məmurlardan birinin sözlərinə görə, Pentaqonun əlində fevral ayında “Sidewinder” raketləri daşıyan qırıcılarla vurulmuş UNO görüntüləri var.
Qurum nümayəndəsinin sözlərinə görə, materiallar təhlükəsizlik səbəbindən məxfi qalır və hələlik kadrların yenidən təsnifatının mümkün tarixi barədə məlumat yoxdur.
Xatırladaq ki, fevralın 10-da ABŞ Alyaska üzərində uçan naməlum obyekti vurub. Bir müddət sonra ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı vurulan obyektin Yerdən kənar mənşəli ola biləcəyini etiraf edib.
Mənbə: Daily Mail


