Goranboy sakini bədbəxt hadisə nəticəsində biləyini kəsib.
BAKU.NEWS APA-ya istinadla bildirir ki, hadisə rayonun Nizami kəndində baş verib.
Yaşadığı mənzilin pəncərəsinə yeni şüşə salmaq istəyən kənd sakini ehtiyatsızlığının qurbanı olub. Şüşə parçası 1983-cü il təvəllüdlü kənd sakini
Rəşad İbrahimovun əlində qırılaraq onun sağ bilək nahiyəsini kəsib. O biləyinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


