Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.
Bu işlərin mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcəkdir.
TREND
- Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər
- “ABB İnvest”in birja itkiləri 5 milyard manatı ötüb
- “Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq QALMAQAL
- “INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
- “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
- QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir
- Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq
- Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb


