Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində ittiham aktı ilə birlikdə cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, işə Ermənistanın Sünik vilayətinin (Zəngəzur) məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Nəsimi Musayevə Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi açılıb.
O, Ermənistan vətəndaşı, 1987-ci il təvəllüdlü Ani Avetisyanı odlu silahla yaralamaqda da ittiham olunur.
TREND
- QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir
- Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq
- Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb
- Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
- Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur
- Gömrük Komitəsinin nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib
- Hikmət Hacıyev: NATO ilə tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır
- Türkiyə Ermənistana yeni reys açdı


