Bu gün Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri gözlənilir. Səfər çərçivəsində Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə məlumat Kremlin saytında yer alıb.
Dövlət başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 9 noyabrında və bu ilin 11 yanvarında imzaladıqları üçtərəfli bəyanatların icrasını müzakirə etmək niyyətindədirlər.
Danışıqlar zamanı Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirəsi də gözlənilir. Belə ki, Kremlin məlumatında bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsinə xüsusi diqqət ayrılacağı qeyd olunub.


