“PASHA Bank Türkiyə” Azərbaycan və Gürcüstanda əlverişli faiz şərtlərinin formalaşacağı təqdirdə bu ölkələrdən maliyyə resursları cəlb etməyi nəzərdən keçirir.
Bu barədə PASHA Bank Türkiyənin Müşahidə Şurasının sədri Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanda faiz dərəcələrinin əlverişli olması halında Bankın bu bazarlardan maliyyə cəlb etmək imkanı var və bu potensial hazırkı strateji dövrdə reallaşdırıla bilər.
Fərid Məmmədov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsinin Bank üçün yeni biznes imkanları yaratdığını da bildirib.
O qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin güclənməsi, birbaşa xarici investisiya axınlarının artması və Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirakı regional iqtisadi əlaqələrin genişlənməsinin əsas nümunələrindəndir.
Bank rəhbərinin fikrincə, genişlənən iqtisadi baza PASHA Bank Türkiyə üçün bu istiqamətdə perspektivli biznes imkanlarının reallaşdırılmasına şərait yaradır.
O həmçinin vurğulayıb ki, Bank maliyyələşmə strukturunu şaxələndirmək, müxbir bank şəbəkəsini və investor bazasını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu istiqamətdə PASHA Bank Türkiyə 182 gün müddətinə 250 milyon lirə həcmində ilk yaşıl maliyyələşmə istiqrazının emissiyasını həyata keçirib. Bankın məlumatına görə, bu emissiya maliyyələşmə mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dayanıqlı maliyyə ekosisteminin inkişafına və Türkiyənin kapital bazarlarının dərinləşməsinə töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, PASHA Bank Türkiyənin ümumi aktivləri 2025-ci ilin sonunda 16% artaraq 17,198 milyard lirəyə, ümumi nağd kreditlər və lizinq portfeli isə 29% artaraq 11,058 milyard lirəyə çatıb. (plat.az)
TREND
- Bakı qazak kuresi üzrə XII Dünya Çempionatına ev sahibliyi edəcək
- 10 ilin hekayəsi: 20 min könüllü ilə Formula 1 Azərbaycan Qran-prisi
- Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək
- “Qala Sığorta”nın əsas sığorta biznesində kəskin eniş – mənfəəti 2 dəfə azaldı
- İmran Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş “Biblioqrafik göstərici” nəşr edilib
- Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
- Şəbnəm Əliyevaya “Paşa Sığorta”da vəzifə verildi
- Sabaha olan hava proqnozu açıqlanıb


