“PAŞA Bank” 2023-cü ildə ölkədə ilk dəfə əmtəə fyuçers müqaviləsi imzalayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin maliyyə nəticələri ilə bağlı mətbuat konfransında deyib.
C.Quliyev qeyd edib ki, bu müqavilə sahibkarlıq subyektlərinə bazara tanış olmayan maliyyə alətindən istifadə etməklə risk faktorlarının minimallaşdırılmasına kömək edəcək.
İdarə Heyətinin sədri “PAŞA Bank”ın hazırda tərəfdaşları ilə enerji və yaşıl layihələr üzrə danışıqlar apardığını da əlavə edib.
“Yaxın gələcəkdə “PAŞA Bank” ekoloji, sosial və idarəetmə məsələlərini əhatə edən qlobal ESG standartlarına uyğunlaşacaq ki, bu da bankda unikal idarəetmə strukturu yaradacaq”, – deyə C.Quliyev diqqətə çatdırıb.
Cavid Quliyev həmçinin bildirib ki, “PAŞA Bank” bu il ərzində Şuşada öz filialını açacaq.


