Rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması, fırıldaqçılıq və sui-istifadə hallarının qarşısının alınması məqsədilə 18.08.2026-cı il tarixindən etibarən “PAŞA Bank” tərəfindən kartlara mədaxil əməliyyatları üzrə yeni limitlər tətbiq ediləcək.
Yeni limitlərə əsasən, hər kart üzrə gündəlik maksimum 5 nağdsız mədaxil əməliyyatı həyata keçirilə bilər.
“Hər kart üzrə aylıq nağdsız mədaxil limiti maksimum 20 000 AZN təşkil edir. Müştərinin öz “PAŞA Bank” kartları arasındakı əməliyyatlara limit şamil olunmur. Qeyd olunan gündəlik və aylıq limitlər yalnız vəsaiti qəbul edən kart üzrə hesablanacaq. Kartdan edilən məxaric əməliyyatlarına bu yeni limitlər şamil olunmur və mövcud bank limitləri qüvvədə qalır”, – bankdan bildirilib.
TREND
- Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin olunub, Mustafa Abbasbəyliyə yeni vəzifə verilib
- Bu şəxslər vergi ödəməyəcək
- Sabah 38 dərəcə isti olacaq
- Əhali pulunu hansı banklara daha çox etibar edir?
- Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər?
- Rəsmi Bakı Əfqanıstanı təbrik edib
- Yaşa görə pensiya alanlarla bağlı YENİ XƏBƏR
- Artıq marketlərdə kartla yox, “bir baxışla” ödəniş edəcəyik – MÜHÜM YENİLİK


