PAŞA Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həssas sosial qruplardan olan gənclərin potensialının inkişafını dəstəkləyən “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) layihəsinin maliyyə tərəfdaşı qismində çıxış edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və “Care Group”un təşkilatçılığı ilə həyata keçirilən təşəbbüs uşaq evlərində yaşayan və təhsil alan 13–18 yaş arasında 40 gəncin əmək bazarına hazırlığını artırmağı, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək olmağı hədəfləyir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin üzvü olan PAŞA Bank üçün insan kapitalının inkişafına və gənclərin potensialının reallaşdırılmasına investisiya qoyuluşu inklüziv və dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edən prioritet korporativ sosial məsuliyyət istiqamətlərindən biridir. Bank gələcəkdə də gənclərin bilik və bacarıqlarının inkişafına, onların əmək bazarına uğurlu inteqrasiyasına və uzunmüddətli peşəkar inkişafına töhfə verən təşəbbüsləri davam etdirəcək.
TREND
- Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
- YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyinin inkişafında tarixi dönüş nöqtəsidir!
- “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
- Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
- “Holberton School Azerbaijan”da İKT üzrə 100 faizlik təqaüd proqramına tələbə qəbulu başlayır
- Endirimli cümə həftəsində “Yelo Invest”də komissiyasız alış
- Prezidentdən Asif Əsgərovla bağlı – Sərəncam
- “Vesta Construction” MTK-nın sahibi həbs edildi – Çoxsaylı şikayətlər əsasında


