Gəncədə intihar hadisəsi baş verib.
BAKU.NEWS-un məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb. Şəhər sakini, 1967-ci il təvəllüdlü Qurbanov Alim Razim oğlu özünü yaşadığı binandan ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


