Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.
BAKU.NEWS Unikal.org-a istinadla bildirir ki, O.Əsədov Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib.
Qeyd edək ki, Sabirə Abdullayeva “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında menecer Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışır.


