OpenAI rəhbəri Sem Altman şirkətin əməkdaşlarına bildirib ki, şirkət süni intellekt sistemlərinin hazırlanmasının yavaşladılması imkanını nəzərdən keçirə bilər.
Plat.az-ın Bloomberg-ə məlumatına əsasən, bu bəyanat bu həftə OpenAI əməkdaşlarının ümumi yığıncağında səslənib. Şirkət getdikcə daha güclü süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda hazırlanma templərinin azaldılması imkanını nəzərdən keçirir.
Eyni zamanda, OpenAI hələ öz modellərinin hazırlanmasının tam dayandırılması və ya rəsmi şəkildə yavaşladılması barədə elan etməyib. Bundan əvvəl şirkət ABŞ-da süni intellekt sistemləri üçün məcburi milli təhlükəsizlik tələblərinin tətbiqini dəstəkləmişdi.
Süni intellekt riskləri ilə bağlı müzakirələr fonunda sənaye sahəsində bir sıra mütəxəssislər də şirkətləri və hökumətləri texnologiyanın inkişafına nəzarəti gücləndirməyə çağırır.


