Azərbaycanın malik olduğu coğrafi relyefi Respublikamızda ənənəvi olan neft-qaz sənayesi ilə paralel, ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji resurslarının inkişaf etdirilməsinə də mühüm töhfə verməkdədir.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Qaradağ rayonunda inşa edilmiş günəş elektrik stansiyasi bu gün Cənubi Qafqaz regionunda ən böyük günəş eletrik stansiyasıdır. Bu meqa layihənin investisiya dəyəri 225 milyon dollar civarında qiymətləndirilir. Həqiqətən də bu həcmdə investisiya onu deməyə əsas verir ki, bu gün Azərbaycan xarici investisiya qoyuluşu üçün ən cəlbedici dövlətlərdən sayılır və heç bir xarici investor Azərbaycana vəsait qoymaqdan çəkinmir.
Qeyd edək ki, Qaradağ günəş elektrik stansiyasının təməlqoyma mərasimi 2022-ci ilin mart ayının 15-də baş tutmuşdur. Çox qısa bir zaman kəsiyində Qaradağ rayonu ərazisində reallaşdırılmış bu layihə xalqımız və dövlətimiz adına çox uğurlu bir addım kimi qiymətləndirilməkdədir. Bu gün günəş işığından enerji əldə edilməsi ənənəvi olan neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından daha səmərəli və qiymət cəhətdən ucuz olduğu üçün dünyada enerji istehsalı sahəsində prioritet istiqamətlərdən birinə çevrilib. Sevindirici hal odur ki, Ölkəmiz bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan dünya bazarlarına neft və təii bqaz ixrac edən ölkələrdən olmasına baxmayaraq, Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübəni öyrənərək, Ölkəmizdə tətbiqinə nail olmaqdır.
”Masdar” Şirkəti bu sahə üzrə ixtisaslaşmış və bir çox xarici ölkələrdə uğurlu layihələr icra etmiş nüfuzlu beynəlxalq şirkətlərdən biridir. Bu gün Azərbaycanın bir çox regionlarında günəş elektrik stansiyalarının fəaliyyəti təmin edilib. Sevindirici hal odur ki, Qaradağ Günəş elektrik stansiyasının fəaliyyətə başlamısı ilə paralel bu gün hər iki dövlət arasında növbəti iki belə stansiyanın Neftçala və Biləsuvar rayonlarında tikintisi üçün qarşılıqlı razılaşma əldə olunmuşdur. Bu tarixi hadisə Neftçala rayon sakini olaraq bizləri çox sevindirir. Yaşadığımız rayonun Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verəcəyi gün uzaqda deyildir.
Əlbəttə ki, Ölkə başçımızın həyata keçirdiyi dövlət siyasətinin əsas prinsiplərindən olan regionların sosial-iqtisadi inkişafının təmin edilməsi vətəndaşların rifah halının yüksəldilməsinə hədəflənib. Ümüdvarıq ki, digər layihələr kimi bu layihə də uğurla tamamlanacaq və sonda yeni yaradılan elektrik stansiyaları Ölkəmizin enerji təminatının davamlılığında müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Gülağa İmanov;
Neftçala rayon ağsaqqalı, Şəhid atası


