“Netflix” fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir.
Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, şirkətin rəhbər heyəti bu planları son illik strateji toplantısında müzakirə edib. Platforma hazırda istifadəçi marağının zəifləməsi problemi ilə üz-üzədir. Baxmayaraq ki, “Netflix” abunə əsaslı striminq bazarında liderliyini qoruyur, şirkətin səhmləri son bir il ərzində 40 faizdən çox dəyər itirib. Bununla yanaşı, izlənmə göstəriciləri son illərin ən aşağı səviyyəsinə düşüb.
Bildirilir ki, “Netflix” həmçinin “Peacock” kimi digər platformaları öz sisteminə inteqrasiya etməyi və həmin xidmətlərin abunəliklərini birbaşa öz platforması üzərindən satmağı da araşdırır.
Nəşrin sorğuladığı ekspertlər qeyd edirlər ki, “Netflix”in həmtəsisçisi Rid Hastinqs əvvəllər yalnız bir məhsulun inkişaf etdirilməsinə üstünlük verirdi. Ancaq “Disney”, “HBO Max” və “YouTube” platformalarının yaratdığı rəqabət mühiti, eləcə də reklamla dəstəklənən “Tubi” və “Roku Channel” kimi video xidmətlərin sürətlə populyarlaşması şirkəti öz strategiyasına yenidən baxmağa sövq edir. (oxu.az)
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


