Neftçala rayonunda Xocalı soyqırımının 29-cu ildönümü dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.
BAKU.NEWS bildirir ki, Neftçala rayonunda Xocalı soyqırımı ilə əlaqədar keçirilən anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan “Xocalı abadisəi”-nin önündən başlanıb. Koronavirus ( COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH aparatının məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatları rəhbərləri “Xocalı abadisəi” önünə gül dəstələri düzüb, şəhid xocalıların xatirəsinə ehtiramla anıb və ruhlarına dualar oxunub.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı rayondakı Heydər Əliyev Mərkəzində məktəblilərin Xocalı qətliamına həsr etdikləri rəsm əsərlərinə baxış keçirib. Özfəaliyyət kollektivlərinin təqdim etdiyi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.














