Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Neftçala rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunma prosesinə başlanılıb.
BAKU.NEWS bildirir ki, ilkin olaraq səhiyyə işçiləri vaksinləşmə prosesindən keçib. 05 fevral tarixindən isə 65 yaşdan yuxarı vətəndaşların randevu.its.gov.az saytında qeydiyyatdan keçərək 08 fevral tarixindən vaksinləşmə prosesinə başlanılıb və bu günə qədər 724 nəfər vaksinləşib.
Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlara Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun sərəncamı ilə yaradılan mobil qruplara daxil olan inzibati ərazi dairə üzrə nümayəndəlikləri tərəfindən vətəndaşların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsi təmin edilir.


