Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
BAKU.NEWS Lent.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ağsu rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İlqar Haqverdiyev vəzifəsindən azad edilib.
Digər əmrlə o, Qəbələ rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.


