Katoliklərin ruhani lideri Papa Fransisk, Qüdsdə İsrail və Fələstin arasında münasibətlərin gərginləşməsindən narahatlığını dilə gətirib.
BAKU.NEWS xəbər verir ki, Papa Vatikanda ənənəvi bazar günü duasından sonra bu haqda açıqlama verib.
“Qüdsdə baş verən hadisələri narahatlıqla izləyirəm. Müqəddəs şəhərin çoxdinli və çoxmədəniyyətli təbiətinə hörmət göstərilməsi və qardaşlığın qalib gəlməsi üçün hər kəsi ortaq həll yolu tapmağa dəvət edirəm.”- deyə Papa Fransisk çıxışında bildirib.


