Hadisə nəticəsində həlak olanların sayı 3-ə, xəsarət alanların sayı isə 14-ə çatıb.
Yanğına səbəb mənzildə qısa qapanma olub.
*Saat 17:11
Moskvanın Yeni Moskva rayonunun Mosrentgen qəsəbəsində yaşayış evində baş vermiş yanğın nəticəsində 2 nəfər həlak olub və 12 nəfər xəsarət alıb.
Bu barədə BAKU.NEWS “TASS”a istinadən xəbər verir.
Yanğın 31 saylı evdə qeydə alınıb. İkinci mərtəbədə mənzil və 3-9 mərtəbələrdəki eyvanlar yanıb.
Həlak olanların hər ikisi uşaqdır. Zərərçəkmişlərin hamısı müayinə və yardım üçün həkimlərə təhvil verilib.
Cinayət işi açılıb. Müstəntiqlər hadisə yerində işləyirlər.


